""Zestafoni" ilə görüşə qədər komanda tam hazır olacaq"
“Bundan əvvəlki yoxlama matçlarında da demişdim ki, mənim üçün əsas nəticə yox, komandanın oyun şəklidir. “Dinamo” kimi rəqiblə qarşılaşmada istədiyimiz futbolu nümayiş etdirə bildik”. İdman.com.az saytının məlumatına görə, bunu “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev deyib.

O, Buxarest “Dinamo”suna 2:0 hasabı ilə qalib gəldikləri oyundan sonra fikrini açıqlayıb. Mütəxəssis klubunun rəsmi saytna bildirib ki, futbolçularının çıxışından razı qalıb: “Təbii ki, müəyyən çatışmazlıqlar da var. Onları aradan qaldırmağa çalışırıq. “Zestafoni” ilə görüşə qədər komanda tam hazır olacaq”.

Xəbər 894 dəfə oxundu.