Torresin «Qızıl buts»u
Fernando Torresin final oyununun son dəqiqələrində 1 qolu və 1 ötürməsi onun «Adidas»ın «Qızıl buts»unu qazanmasına səbəb olub. İdman.com.az saytının məlumatına görə, Torreslə bərabər daha 5 futbolçu çempionatı hesabında 3 qolla başa vurub. Lakin yalnız bu hücumçunun və bir də almaniyalı Mario Qomesin qollardan savayı, hərəyə 1 məhsuldar ötürməsi də olub.

Bu ikisinin arasındakı mübahisəni isə ispanın meydanda daha az oynaması onun xeyrinə həll edib. Avropa çempionatında Torres 189 dəqiqə meydanda olduğu halda, Qomes 280 dəqiqə oynayıb.

Ümumilikdə, seçmə mərhələ də nəzərə alınmaqla niderlandlı Klaas-Yan Huntelaar 12 qolla birinci olub. Final turnirləri tarixinin rekordçusu isə 1984-cü ildə Fransa yığmasının formasında 9 dəfə fərqlənmiş UEFA-nın hazırkı prezidenti Mişel Platinidir.

Öncəki Avropa çempionatı finallarının ən yaxşı bombardirləri:
(1960-1976-cı illərdə yarımfinallardan başlayaraq, 1980-2008-ci illərdə isə qrup mərhələlərindən başlayaraq vurulan qollar hesaba alınır)
2008: David Vilya (İspaniya) - 4
2004: Milan Baroş (Çex Resp.) - 5
2000: Patrik Klüyvert (Niderland), Savo Miloşeviç (Yuqoslaviya) - 5
1996: Alan Şirer (İngiltərə) - 5
1992: Dennis Berqkamp (Niderland), Tomas Brolin (İsveç), Henrik Larsen (Danimarka), Karl-Hayns Ridle (Almaniya) - 3
1988: Marko van Basten (Niderland) - 5
1984: Mişel Platini (Fransa) - 9
1980: Klaus Allofs (AFR) - 3
1976: Diter Müller (AFR) - 4
1972: Gerd Müller (AFR) - 4
1968: Draqan Caiç (Yuqoslaviya) - 2
1964: Ferens Bene (Macarıstan), Deje Novak (Macarıstan), Xesus Mariya Pereda (İspaniya) - 2
1960: Milan Qaliç (Yuqoslaviya), Fransua Ott (Fransa), Valentin İvanov (SSRİ), Drajan Yerkoviç (Yuqoslaviya), Viktor Ponedelnik (SSRİ) - 2

Avropa çempionatları finallarında ən çox qol vurmuş futbolçular:
9 - Mişel Platini (Fransa)
7 - Alan Şirer (İngiltərə)
6 - Kriştianu Ronaldu (Portuqaliya), Tyerri Anri (Fransa), Zlatan İbrahimoviç (İsveç), Patrik Klüyvert (Niderland), Nunu Qomeş (Portuqaliya), Ruud van Nistelrooy (Niderland)
5 - Milan Baroş (Çex Resp.), Yurgen Klinsmann (Almaniya), Savo Miloşeviç (Serbiya), Ueyn Runi (İngiltərə), Marko van Basten (Niderland), Zinəddin Zidan (Fransa).

Xəbər 1506 dəfə oxundu.