UEFA klublara 100 milyon ayıracaq
Oyunçuları Avropa çempionatının iştirak edən klublar ümumilikdə UEFA-dan 100 milyon avro alacaqlar. Avropa Klublar Assosiasiyası ilə UEFA arasında bu ilin martında imzalanan memoranduma əsasən, seçmə mərhələdə oyunçularının iştirakına görə klublara ödəniləcək məbləğ 40 milyona çatdırılmışdı. İndi klublar bərabər şəkildə futbolçularının qitə çempionatının seçmə mərhələsində iştirak etdiyi hər oyuna görə müvafiq məbləğ əldə edəcəklər.

İdman.com.az saytının məlumatına görə, qalan 60 milyon da çempionatın final mərhələsində futbolçuların iştirakına görə ödəniləcək. Hər futbolçuya görə ödəniləcək məbləğ onun qitə yarışı zamanı Ukrayna və Polşada keçirdiyi günlərdən və yığmasının çempionatda tutduğu yerindən asılı olacaq. Ümumilikdə, UEFA-ya daxil olan 53 ölkədən 580 klub bu pulları alacaq.


Xəbər 941 dəfə oxundu.