FEMEN finalqabağı da soyunub
Ukraynanın öz etirazlarını ehtiraslı şəkildə çılpaqlanaraq ifadə edən qadınları – FEMEN hərəkatının fəalları Avropa çempionatının finalı öncəsi də özlərini büruzə veriblər.

İdman.com.az saytının məlumatına görə, ötən bazar matçqabağı növbəti fəallıqları başlayan qadınlar Kiyevdə «Olimpiyskaya» metro stansiyasından bədənlərinin yuxarı hissəsini çılpaq edərək çıxıblar.

Bununla onlar artıq yarış demək olar ki, başa çatmaq üzrə olarkən də Avro-2012-nin Ukraynada keçirilməsinə etirazlarını bir daha nümayiş etdiriblər. Kiyev polisi xırda xuliqanlıq hesab edilən bu əmələ görə 5 etirazçını saxlayıb və onlarla lağlı inzibati protokol tərtib edilib.

Xəbər 1058 dəfə oxundu.