Villaş Boaş «Tottenhem»i çalışdıracaq
«Portu» ilə Avropa Liqasının zəfərini yaşayaraq, böyük uğur qazansa da, «Çelsi»də yerini tapa bilməyən portuqaliyalı mütəxəssis Andre Villaş Boaş yenə Premyer Liqada qalıb.

İdman.com.az saytı xəbər verir ki, Roman Abramoviçin işinə yaraya bilməyən məşqçi heç Londonu da tərk edəsi olmayıb. Ona bu dəfə İngiltərə paytaxtının başqa təmsilçisi sahib çıxıb.

Villaş Boaş bundan sonra «Tottenhem»i çalışdıracaq. Bu vəzifəni daha öncə Harri Rednapp daşıyırdı. Lakin bir qədər öncə o, vəzifəsindən uzaqlaşdırılmışdı.

Villlaş Boaş «Tottenhem»lə 3 illik müqavilə imzalayıb. 34 yaşlı mütəxəssisin məşqçilik karyerasında adları çəkilən klublardan savayı vətənində «Akademika» da olub.

Xəbər 1028 dəfə oxundu.