«Bavariya»nın müdafiəçisi 45 ay həbs çəkəcək
Münhen «Bavariya»sının braziliyalı müdafiəçisi Breno ötən ilin sentyabrında öz evini yandırması səbəbindən 3 il 9 ay həbs cəzası alıb. 22 yaşlı futbolçu bilərəkdən bu əməli törətmişdi ki, sığorta şirkətindən təzminat alsın. Alman qanunvericiliyinə görə, bu cinayətə görə futbolçuya 10 il iş düşürdü. Lakin məhkəmə tibbi ekspertizasının və istintaqın nəticələrinə əsasən məhkəmə bir qədər yumşaq qərar çıxardıb.

İdman.com.az saytı xəbər verir ki, futbolçu özü müstəntiqlərə cinayəti ilə bağlı bunları demişdi: «Mən bu hadisəyə görə üzr istəyirəm. Bundan əlavə, öz uşaqlarımdan da üzr istəyirəm. Onlar üçün heç də yaxşı nümunə olmadım. Mən Allaha inanıram. O mənim ailəmi qorudu. Bilirəm ki, hər şeyi indi qəbul etmək çox çətindir. Lakin istintaqa söz verirəm ki, cəzadan qaçmağa çalışmayacağam».

Xəbər 888 dəfə oxundu.