«Qalatasaray»dan təkzib
Son zamanlar bir neçə futbolçunun “Qalatasaray”a transfer olunacagı barədə xəbərlər yayılmaqdadır. Lakin belə xəbərlərin heç də hamısı həqiqəti əks etdirmir. İdman.com.az saytının məlumatına görə, «Qalatasaray» rəsmi internet saytından transfer dövründə adları hallanan bəzi futbolçularla bağlı təkzibini açıqlayıb. Açıqlamada qeyd olunur:

«Bu gün bəzi xəbər bülletenlərində, internet saytlarında və yazılı mətbuatda bir çox fərqli oyunçunun adı, transferləri klubumuzla əlaqələndirilir. Yalnız bu gün mediada göstərilən adlardan Dimitar Berbatov, Qonsalo İquain, Aleşandre Pato, Andrey Arşavin kimi bir çox oyunçunun transferiylə əlaqədar xəbərlər gerçəyi əks etdirmir».

Xəbər 1378 dəfə oxundu.