Səbri üçün 2+1
«Qalatasaray»ın təcrübəli futbolçusu Səbri Sarıoğlu klubunda qalıb. İdman.com.az saytının məlumatına görə, onunla yeni 2+1 illik müqavilə imzalanıb.

Futbolçu indi 2012-2013, 2013-2014 və 2014-2015-cü illər mövsümlərinin hər biri üçün 1 milyon 250 min dollar və əlavə olaraq, hər oyuna görə 15 min dollar alacaq. Səbrinin 3-cü mövsümdə klubda qalması yalnız ondan öncəki mövsümdə ən azı 30 rəsmi oyunda iştirakı şərtilə mümkündür.

«Qalatasaray» daha əvvəl son mövsümün qış transfer dövründə heyətinə qatdığı Nəcati Atəşlə də yeni müqavilə imzalamışdı. Onun sazişi tam iki illik idi.

Xəbər 1188 dəfə oxundu.