Azərbaycan velosipedçisi Türkiyədə üçüncü olub
Azərbaycanın şose velosipedi üzrə elit yığma komandasının üzvü, gələn il Tokio Yay Olimpiya Oyunlarında iştirak edəcək Elçin Əsədov Türkiyədə keçirilən 1.2 kateqoriyalı “Grand Prix Velo Erciyes” yarışında uğurla çıxış edib.

“Bahrain Cycling Academy” kontinental komandasının heyətində mübarizə aparan E.Əsədov birgünlük yarışda üçüncü nəticə göstərib. Velosipedçimiz 176 kilometr məsafəni 4 saat, 11 dəqiqə, 26 saniyəyə başa vurmaqla reytinqinə 25 xal da əlavə edib.

Baş məşqçi Əbülfəz Məmmədovun rəhbərliyi altında bu yarışda iştirak edən Azərbaycan yığma komandasının digər üzvlərindən ən yaxşı nəticəyə Samir Cəbrayılov imza atıb – o, 78 velosipedçi arasında 18-ci olub.

Xəbər 558 dəfə oxundu.