Berti Foqts: Azərbaycan qrupda ilk 2 yerdən birini tuta bilər
“Azərbaycan milli komandası normal qrupa düşüb”. Bu sözü idman.com.az saytına açıqlamasında Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts deyib.

Almaniyalı mütəxəssis, Azərbaycanda keçiriləcək 17 yaşadək qızlar arasında dünya çempionatının final mərhələsinin bu gün Bakıda təşkil edilmiş püşkatmasını dəyərləndirib:

“Bildiyimə görə yığma optimal hazırlıq keçə bilib. Əgər həyəcanlı olmasalar, soyuqqanlı çıxış etsələr, qrupda ilk 2 yerdən birini tuta bilərlər. Özüm də dünya çempionatının oyunlarını stadiondan izləyəcəyəm. Futbolçularımıza dəstək olacağam”.

Xəbər 846 dəfə oxundu.