FİFA nümayəndələri Bakıda mətbuat konfransı keçirəcək
Bu gün FİFA nümayəndələri Bakıda mətbuat konfransı keçirəcək. İdman.com.az saytının məlumatına görə, tədbir FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin püşkatma mərasimindən öncə - saat 17:30-da Beynəlxalq Muğam Mərkəzində olacaq. Mətbuat konfransında Yerli Təşkilat Komitəsi və FİFA nümayəndələri çempionata hazırlıqla bağlı açıqlama verəcək.

Qeyd edək ki, püşkatma saat 19:00-da həmin məkanda keçiriləcək.
affa.az


Xəbər 865 dəfə oxundu.