“Tokio-2020”nin təşkilat komitəsi sponsorlar ilə müqavilələri hələ yeniləməyib
“Tokio-2020” Yay Olimpiya Oyunlarının təşkilat komitəsi sponsorlar ilə bu ilin sonunadək qüvvədə olan müqavilələri hələ yeniləməyib.

Bəzi sponsorlar müqavilənin uzadılmasının səmərəliliyinə şübhə edirlər. Bundan əlavə, əvvəllər müqavilə bağlayan bir sıra şirkətlər koronavirusun yayılması səbəbindən artıq maddi çətinliklərlə üzləşiblər. Digər tərəfdən, sponsorlar düşünürlər ki, Olimpiya Oyunlarına əlavə dəstək verməkdən imtina etmələri onların imicinə xələl gətirə bilər.

Agentliyin məlumatına görə, olimpiadanın təşkilatçıları əvvəllər Yaponiya şirkətlərindən 3,1 milyardadək vəsait cəlb edə biliblər.

Qeyd edək ki, Tokio Olimpiadasının iyulun 24-dən avqustun 9-dək keçirilməsi nəzərdə tutulurdu. Koronavirus pandemiyası səbəbindən Oyunlar bir il təxirə salınıb və gələn il iyulun 23-dən avqustun 8-dək keçirilməsi planlaşdırılır.

Xəbər 705 dəfə oxundu.