“Bakı” oyun ərzində müəyyən üstünlüyə malik olub, künc zərbələri faydasız olub
Avropa Liqasının I təsnifat mərhələsində Sloveniyanın “Mura” klubunu qəbul edən “Bakı” oyun ərzində müəyyən üstünlüyə malik olub. İdman.com.az saytının məlumatına görə, UEFA tərəfindən hesablanan statistik göstəricilərdə Novruz Əzimovun yetirmələri rəqibindən üstün olub. Künc zərbələrində isə bu üstünlük daha qabarıq olub. Bakılılar 5 qat üstünlüyə malik olub – 10:2. Lakin bu künc zərbələri faydasız olub.

Xəbər 937 dəfə oxundu.