“Bakı” avrokuboklar tarixində 2-ci dəfə qolsuz heç-heçə edib
“Bakı” avrokuboklar tarixində 2-ci dəfə qolsuz heç-heçə edib. İdman.com.az saytının məlumatına görə, “zolaqlılar” 2008-ci ildə Bolqarıstanın “Levksi” klubu ilə öz meydanında ilk oyununda da 0:0 hesablı bərabərliyə qalmışdı. Ancaq fərq ondadır ki, bu dəfə rəqib olan Sloveniyanın “Mura” klubu ilə Avroliqanın I təsnifat mərhələsində oyun “Dalğa Arena”da keçirilmişdi. Üç il öncəki matç isə Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk matçı idi və hazırda yenidən qurma işləri ilə əlaqədar bağlı olan Tofiq Bəhramov adına Respublika stadionunda baş tutmuşdu.

Hələ avrokuboklarda qələbəsi olmayan “Xəzər Lənkəran” da “Bakı” kimi, Avroliqanın I təsnifat mərhələsində evdə heç-heçə etdi. Ancaq Estoniyanın “Nomme Kalyu” ilə Lənkəranda matç məhsuldar – 2:2 alındı. Bu isə kubok turnirində sərfəli nəticə sayılmır. Çünki səfərdə qol vuran rəqib üstünlük qazanır və evdə 0:0, 1:1 hesablı bərabərliklə də mərhələ adlayacaq. “Ağ-yaşıllar” Lənkəranda ardıcıl 3-cü ildir oynayaraq, hər dəfə heç-heçə edib. Bunadək Moldovanın “Olimpiya” klubu ilə 1:1, İsrail “Makkabi”si ilə 0:0 hesablı bərabərlik qeydə alınmışdı.


Xəbər 918 dəfə oxundu.