Novruz Əzimov inamını saxlayıb
“Biz “Mura”dan daha yaxşı futbol oynadıq. Ancaq təəssüf ki, qol vurub, qalib gələ bilmədik”. İdman.com.az saytının məlumatına görə, bu fikri “Bakı”nın baş məşqçisi Novruz Əzimov deyib. Avroliqada yeni mövsümə evdə Sloveniyanın “Mura” klubu ilə oyunla başlayan “ağ-göylər” qolsuz bərabərlik etdi.

Avrokuboklarda baş məşqçi kimi debütünü reallaşdıran Əzimov bu nəticədən sonra da mərhələ keçəcəklərinə inamını saxlayaraq, ümidlərini iyunun 12-də Sloveniyada keçiriləcək cavab matçına saxlayıb:

“Həmin oyuna ciddi hazırlaşacağıq. Cütün taleyi Sloveniyada həll olunacaq. Biz ilk oyundan nəticə çıxartmalıyıq. Rəqib meydanında daha yaxşı oynayıb, mərhələ keçməyə çalışacağıq. İlk oyunda isə futbolçular nəyə qadirdirlərsə, elə də oynadılar”.

Xəbər 1003 dəfə oxundu.