Qazaxıstanlı velosipedçi “Tour de France”ın altıncı mərhələsinin qalibi olub | |
“Tour de France” veloyürüşü davam edir. Yarışın altıncı mərhələsində Qazaxıstan təmsilçisi Aleksey Lutsenko qalib olub. O, 191 kilometr məsafəni 4 saat 32 dəqiqə 34 saniyəyə qət edib. İkinci yeri ispaniyalı Xesus Errada, üçüncü yeri isə belçikalı Qreq van Avermat tutublar. Ümumi yarış cədvəlinə britaniyalı velosipedçi Adam Yeyts başçılıq edir. |
|
Xəbər 848 dəfə oxundu. |
|
|