“Bakı” rəqibinə qol vura bilmədi
“Bakı” Avroliqada növbəti mövsümə qolsuz bərabərliklə başlayıb. İdman.com.az saytının məlumatına görə, Azərbaycan kubokunun son qalibinin Sloveniyanın “Mura” klubu ilə “Dalğa Arena”dakı oyununda qapılara top vurulmayıb. Bununla da “zolaqlılar” mərhələ keçmək vəzifəsini iyulun 12-də keçiriləcək səfər matçına saxlayıb. Novruz Əzimovun yetirmələrinə 2-ci mərhələyə keşib, Bolqarıstan MOİK-inə rəqib olmaq üçün Sloveniyada istənilən qollu heç-heçə yetərlidir. Əgər orada da oyun 0:0 hesabı ilə bitərsə, qalibi müəyyənləşdirmək üçün əlavə vaxt, lazım olarsa hətta penaltilər seriyası təyin olunacaq.

Avroliqa, I təsnifat mərhələsi
İlk oyunlar
5 iyul

21:00. “Bakı” (Azərbaycan) – “Mura” (Sloveniya) - 0:0
Baş hakim: Sergey Dankovski
Hakim köməkçiləri: Yevgeni Xalamendik, Oleksandr Yakimenko
Ehtiyat hakim: Vitali Romanov
(Hakimlər briqadası Ukraynadandır)
Hakim-inspektor: Oleq Çikun (Belarus)
UEFA nümayəndəsi: Velid İmamoviç (Bosniya və Herseqovina)
Bakı. “Dalğa Arena” stadionu

Xəbər 878 dəfə oxundu.