“İnter” tarix yazdı
Bakının “İnter” klubu avrokuboklarda növbəti mövsümünə səfərdə başlayıb. İdman.com.az saytının məlumatına görə, Premyer Liqamızın bürünc medalçısı bu gün Avroliqada Estoniyanın “Trans” klubu ilə ilk oyununa çıxıb.

Bu ilədək Estoniya təmsilçiləri ilə avrokuboklarda üzləşməsək də, siftəni “Xəzər Lənkəran” edib. Çünki onun “Nomme Kalyu” ilə Lənkəranda oyunu Estoniyadakı matçdan 30 dəqiqə tez başlayıb. Hər halda, bu ölkədə ilk avrokubok oyunu keçirən komandamız kimi “İnter” tarixə düşüb.

Lakin bakılılar tarixə təkcə bununla düşməyib. Təmsilçimiz estoniyalıları məğlub edən ilk komandamız olub. Üstəlik rəqibini darmadağın edən “İnter” beynəlxalq arenadakı ən böyükhesablı qələbəmizi əldə edib. İndiyədək nə avrokuboklarda, nə də əsas millinin oyunlarında Azərbaycan azarkeşləri 5 top fərqli qələbə sevinci yaşamamışdı. Bu görünməmiş qələbəni “İnter” azarkeşlərə bəxş etdi – 5:0. Bu həm də 2012/13 mövsümündə klublarımızın ilk qələbəsi oldu.

Avroliqa, I təsnifat mərhələsi
İlk oyunlar
5 iyul

“Trans” (Estoniya) – “İnter” (Azərbaycan) - 0:5
Qol: Sxadadze, 12, 36, Məmmədov, 63, Adamiya, 71, Hacıyev, 78-p
Baş hakim: Aleksandr Boukat
Hakim köməkçiləri: Jimmy Cremers, Patrick Plumes
Ehtiyat hakim: Laurent Colemonts
(Hakimlər briqadası Belçikadandır)
Hakim-inspektor: Stefan Ormandjiev (Bolqarıstan)
UEFA nümayəndəsi: Milos Markovic (Serbiya)
Rakvere. “Rakvere” stadionu

Xəbər 1048 dəfə oxundu.