“Xəzər Lənkəran” yenə qələbəyə həsrət qaldı
“Xəzər Lənkəran” avrokuboklarda tarixi şansını qaçırdı. İdman.com.az saytının məlumatına görə, “ağ-yaşıllar” qitə miqyaslı turnirdə 11-ci oyununda da qələbəyə həsrət qaldı. Hərçənd, Estoniyanın “Nomme Kalyu” ilə Lənkərandakı matçda hesabda erkən geri düşən cənub klubu fasiləyə kimi nəinki tarazlığı bərpa edə, hətta irəlidə yollana bildi.

Ancaq 2-ci hissədə də qapısında top görən “Xəzər Lənkəran” bununla öz meydanında 2:2 hesablı bərabərliklə razılaşdı.
Bu isə o deməkdir ki, estonlar iyulun 10-da evdəki cavab matçında növbəti mərhələyə 0:0, 1:1 hesablı bərabərliklə də keçə biləcəklər. Lənkəran klubu isə ya qalib gəlməli, ya da ən azı 3:3 hesablı bərabərliyə imza atmalıdır.

Avroliqa, I təsnifat mərhələsi
İlk oyunlar
5 iyul

“Xəzər Lənkəran” (Azərbaycan) – “Nomme Kalyu” (Estoniya) - 2:2
Qol: Branimir Subaşiç, 6, Manuel Skarlatake, 31 - Hidetoşi Vakau, 5; Puri, 70
Baş hakim: Mitja Zganec
Hakim köməkçiləri: Gregor Rojko, Robert Vukan
Ehtiyat hakim: Dragoslav Peric
(Hakimlər briqadası Sloveniyadandır)
Hakim-inspektor: Jari Maisonlahti (Finlandiya)
UEFA nümayəndəsi: Yevgeni Tratsyuk (Belarus)
Lənkəran. Şəhər mərkəzi stadionu

Xəbər 958 dəfə oxundu.