“Simurq” klubu Türkiyə toplanışında sonuncu yoxlama oyununa çıxıb
Zaqatalanın “Simurq” klubu bu gün Türkiyə toplanışında sonuncu yoxlama oyununa çıxıb. İdman.com.az saytının məlumatına görə, Kartəpə toplanışındakı son rəqib İranın “Peykan komandası olub.

Yoxlama oyunu 60-cı dəqiqədə dayandırılıb. Oyunun 36-cı dəqiqəsində azlıqda qalan təmsilçimiz matçın bitməsinə 30 dəqiqə qalmışa qədər rəqiblə bərabər mübarizə aparıb. Qolsuz davam edən görüş dayandırıldıqdan sonra davam etdirilməyib.


Xəbər 876 dəfə oxundu.