“Trans” – “İnter” qarşılaşması Avropada ən çox pul yatırılan oyundur
Türkiyənin məşhur bahisanaliz.com saytı bu gün Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində keçiriləcək oyunlara nə qədər pul yatırıldığını açıqlayıb. İdman.com.az saytının məlumatına görə, bu gün keçiriləcək “Trans” – “İnter” qarşılaşması Avropada ən çox pul yatırılan oyundur. Belə ki, təmsilçimizin qələbəsinə indiyədək 164 min avro “stavka” edilib. Avropalılar digər təmsilçimiz “Bakı”nın da qələbə qazanacağını düşünürlər. “Bakı” – “Mura” qarşılaşması Avropada ən çox pul qoyuluşu edən oyunlar sıyahısında 3-cü sıradadır. “Zolaqlılar”ın qələbəsinə 109 min avro pul qoylub.

Xəbər 1191 dəfə oxundu.