“Bavariya”nın futbolçusu Brenoya 3 il 9 aylıq həbs cəzası kəsilib
“Bavariya”nın futbolçusu Brenoya 3 il 9 aylıq həbs cəzası kəsilib. İdman.com.az saytının məlumatına görə, Münhen məhkəməsi braziliyalı müdafiəçini ötən payızda şəxsi villasını yandırmaqda günahkar bilib. Legionerin bunu sığorta məbləği almağı üçün bilərəkdən etdiyi sübuta yetirilib. Əslində, Breno 15 il həbsxanada keçirə bilərdi. Ancaq bundan xeyli az cəza alan futbolçu əvəzində vaxtından əvvəl azadlığa çıxmaq hüququndan məhrum olunub.

Xəbər 877 dəfə oxundu.