Pele “Qızıl top” mükafatı ilə bağlı fikirlərini açıqlayıb
Dünya futbolunun əfsanəsi Pele “Qızıl top” mükafatı ilə bağlı fikirlərini açıqlayıb. İdman.com.az saytının məlumatına görə, braziliyalı “Futbol kralı” son illər ən yaxşı seçilən Kriştianu Ronaldo ilə Lionel Messinin hegemonluğuna son qoyulmasının tərəfdarıdır. Pelenin fikrincə 5 ildir dünya futbolunda at oynadan ispaniyalılar bu mükafatı da qazanmalıdır.

Özü də braziliyalı İspaniya millisinin kapitanı İker Kasilyası ən yaxşı sayır: “Adətən “Qızıl top”u qapıçılara vermirlər. Daha çox digər mövqe oyunçuları üstünlük qazanır. Lakin bu dəfə mükafat İker Kasilyasa vermək olar”.

Xəbər 995 dəfə oxundu.