Xavyer Junior: "Bakı"da yerli futbolçularla əcnəbilərə heç bir fərq qoyulmur”
“Komandamızda vəziyyət əladır. Ümumiyyətlə, "Bakı"da yerli futbolçularla əcnəbilərə heç bir fərq qoyulmur”. Idman.com.az saytının məlumatına görə, bu sözləri “Bakı”nın yarımmüdafiəçisi Xavyer Junior deyib.

Sloveniya vətəndaşlığı da daşıyan braziliyalı futbolçu bu ölkənin “Mura” klubu ilə Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunu ərəfəsində keçirilən mətbuat konfransına qatılıb. Junor matç haqda fikirlərini açıqlayıb: “Biz hamımız "Bakı"nın futbolçusuyuq və Azərbaycanı təmsil edirik. Sabahkı oyunda qələbə qazanmağa çalışacağıq. Sloveniya futbolu proqnoza sığmır, rəqibi tam ciddi qəbul etməliyik. Qalib gəlib azarkeşlərimizi sevindirmək istəyirik, bunun üçün əlimizdən gələnin ən yaxşısını edəcəyik”.

Xəbər 970 dəfə oxundu.