XXXII Ümumdünya Yay Universiadasının büdcəsi artırılıb
2023-cü ildə Rusiyanın Yekaterinburq şəhərində keçiriləcək XXXII Ümumdünya Yay Universiadasının büdcəsi artırılıb.

Bu barədə TASS informasiya agentliyi məlumat yayıb. Məlumatda qeyd edilib ki, universiadanın büdcəsi 64 milyard rubldan çox təşkil edəcək. Bundan əvvəl “Universiada-2023”ün büdcəsi 58,6 milyard rubl idi.

Növbəti - XXXI Ümumdünya Yay Universiadası 2021-ci ildə Çinin Çendu şəhərində təşkil olunacaq. Ötən il İtaliyanın Neapol şəhərində keçirilən XXX Yay Universiadasında Azərbaycan milli komandası 2 qızıl, 3 gümüş və 2 bürünc medal qazanaraq komanda hesabında 18-ci yerdə qərarlaşıb.

Xəbər 606 dəfə oxundu.