“Araz” rəqiblərini bildi
Bu gün İsveçrənin Nyon şəhərində futzal üzrə UEFA kubokunun 2012-2013-cü il mövsümünün ilkin və əsas mərhələsinin püşkatma mərasimi keçirilib. İdman.com.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, mübarizəyə əsas mərhələdə başlayacaq təmsilçimiz, “Araz” püşkün nəticəsinə uyğun olaraq, 6-cı qrupda yer alıb.

Komandamızın rəqibləri Hollandiyanın “Endhoven”, Macarıstanın “Györ” klubları və ilkin seçmə mərhələnin C qrupunu birinci yerdə başa vuracaq klub olacaq. İlkin mərhələnin C qrupunda EİD Futsal (İrlandiya), Allstars W.N. (Avstriya), TÜFAD Ankara (Türkiyə) və Minerva Futsal Bern (İsveçrə) komandaları mübarizə aparacaq.

Xəbər 1189 dəfə oxundu.