Mişel Platini: «Türkiyə qərar verməlidir»
Avropa çempionatında İtaliya ilə İspaniya arasındakı final matçı öncəsi Kiyevdə təşkil edilən mətbuat konfransında UEFA prezident Mişel Platini «Türkiyə əvvəl olimpiadaları, yoxsa Avropa çempionatını istədiyinə qərar verməlidir. Çatmaq istədiyiniz bir yol var, lakin siz iki yoldan getmək istəyirsiniz. Əvvəlcə Türkiyənin bir qərar verməsi lazımdı» deyib.

İdman.com.az saytının məlumatına görə, Platini, bundan sonra Avropa çempionatlarını bir, ya da bir neçə ölkədə təşkil etmək əvəzinə Avropanın bir çox bölgəsinə yayıb, 12-13 şəhərdə keçirmək barədə düşündüklərini də bildirib. Bu barədə qəti qərarın ilin sonunda veriləcəyi bildirilir.


Xəbər 1010 dəfə oxundu.