Olcay Şahan imzasını atdı
«Beşikdaş»ın Almaniya «Kayzerslautern» indən transfer etdiyi Olcay Şahanla 4 illik müqavilə imzalayıb. İdman.com.az saytının məlumatına görə, klub futbolçunun özünə ildə 1 milyon avro verəcək. Alman klubu bu transferdən indi cəmi 800 min avro qazanacaq. Ancaq futbolçunun başqa bir kluba satılacağı halda almanlara 10 faiz pay veriləcək.

«Kayzerslaturen»in formasında 25 yaşlı Şahan ötən mövsüm Bundesliqada 27 oyun keçirib, 1 qol vurub və 2 qol ötürməsi verib. Onun komandası yarışı son pillədə başa vurub aşağı dəstəyə enmişdi.

Futbolçu bir vaxtlar Türkiyə və Almaniya yığmaları arasında seçim qarşısında qalmışdı və onda Türkiyəyə üstünlük verib, gənclər yığmasında forma geyinmişdi.


Xəbər 1011 dəfə oxundu.