Rəqibimiz iyulun 20-dək baş məşqçi tapacaq
DÇ-2014-ün seçmə mərhələsində Azərbaycan milli komandasının rəqibi olan Rusiya yığmasının baş məşqçisi postuna təyinat iyulun 20-nə qədər reallaşacaq. İdman.com.az saytının məlumatına görə, bunu Rusiyanın idman naziri Vitali Mutko açıqlayıb.

O bildirib ki, boş qalan vəzifə ilə bağlı qərar vermək üçün vaxt kifayət qədər azdır. Avqustun 154-də Fil Dişi Sahili ilə yoxlama oyunu olduğundan artıq iyulun 20-dək məsələ həllini tapmalıdır. Mutko artıq baş məşqçi olmağa namizədlərin siyahısının da məlum olduğunu, yalnız seçim etməyin qaldığını da bildirib.
Apasport.az


Xəbər 969 dəfə oxundu.