Messi dünyanin ən məhsuldar oyunçusu seçilib
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2012-ci ildə keçirilən qarşılaşmaların ən məhsuldar oyunçularının yeni siyahısını açıqlayıb. İdman.com.az saytının məlumatına görə, milli komandaların görüşlərində və qitə kuboklarında ən azı 5 qol vuran futbolçuların yer aldığı cədvəldə 66 bombardir qərarlaşıb.

Argentina millisində 7, İspaniya “Barselona”sında 8 qol vuran Lionel Messi cədvələ başçılıq edir. BƏƏ-nin “Əl Cəzirə” klubunda 12 qol vuran braziliyalı Rikardo Oliveyra siyahıda 2-ci pilləni tutur. Misir yığmasında da, “Əl Əhli”də də 5 qol vuran Məhəmməd Abutreyka 10 topla 3-cüdür.

Qeyd edək ki, siyahıda Azərbaycan futbolçusu yoxdur.



Xəbər 1085 dəfə oxundu.