Sloveniyanın “Mura” klubu bu gün Azərbaycana gəlir
Avropa Liqasının I təsnifat mərhələsində “Bakı” ilə qarşılaşacaq Sloveniyanın “Mura” klubu bu gün Azərbaycana gəlir. İdman.com.az saytının məlumatına görə, bu gün səhər Murska-Sobotadan ayrılan sloveniyalılar axşam məşqini oyunun baş tutacağı “Dalğa Arena”da keçirəcək.

Komandanı ölkəmizə istefa verən baş məşqçi Ante Şimundjanın köməkçisi Feriyu Çifru gətirir. “Mura” Bakıya Barbiç, Bohar, Botyak, Çipot, Eteroviç, Fajiç, Qruşkovnyak, Hоrvat, Yanq, Yeliç, Kozar, Kramar, Lotriç, Luk, Maruşko, Roqaç, Şafer, Travner və Sreşdən ibarət heyətlə gəlir.

Xəbər 1253 dəfə oxundu.