"İnter" iyulun 3-də Estoniyaya yollanıb
Sloveniyada təlim-məşq toplanışını başa vuran "İnter" iyulun 3-də Estoniyaya yollanıb. İdman.com.az saytının məlumatına görə, Balkan yarımadasından Tallin hava limanına gələn komanda sonradan Rakvere şəhərinə yola düşüb. "Akva" otelində məskunlaşan "İnter" oyun öncəsi məşqə də çıxıb.
Qeyd edək ki, Avropa Liqasının birinci təsnifat mərhələsində "İnter" Estoniyanın "Trans"(Narva) komandasıyla qarşılaşacaq.

Xəbər 1052 dəfə oxundu.