Avropada yeni – 2012/13 mövsümünə start verilib
Avropada yeni – 2012/13 mövsümünə start verilib. İdman.com.az saytının məlumatına görə, qitənin ən nüfuzlu klub turnirində I təsnifat mərhələsinə start verilib.

İlk oyunlar çərçivəsində baş tutan 3 qarşılaşma məhsuldarlığı ilə seçilib. Bir matç qolsuz bitsə də digərlərində üst-üstə 15 top vurulub. Cırtdan ölkə təmsilçilərinin darmadağın olduğu gün Malta və Lüksemburq futbol tarixinə düşüb. Belə ki, tarixi boyu ortabab rəqiblərin darmadağın etdiyi “Dudelanj” və “Valletta” özləri üçün qeyri-adi hesabla qələbə qazanıb. Poker, dubl, hətta avtoqolun qeydə alındığı günədək Malta və Lüksemburq klublarının belə hesabla sevinməsi görünməmiş hadisə sayılırdı. Çünki indiyədək onların nəinki belə qələbələrinə rast gəlinmirdi, hətta ümumiyyətlə nadir hallarda sevinirdilər.

Çempionlar Liqası
I təsnifat mərhələsi
İlk oyunlar
3 iyul

“Dudelanj” (Lüksemburq) – “Tre Penne” (San-Marino) – 7:0
Melis, 25, Benzouyen, 29, 53, Leqros, 47, Yoahim, 51, 90, Dorsi, 78-öz qapısına

Apasport.az
“Valetta” (Malta) – “Lusitans” (Andorra) – 8:0
Karuana, 4, Mifsud, 10, 18, 45, 70, Connatan, 17, 23, Aqius, 72

“Linfild” (Şimali İrlandiya) – “Torshavn” (Farer adaları) – 0:0

Xəbər 914 dəfə oxundu.