Paraqvay millisinin futbolçusu “Neftçi”də
“Çox güclü heyətimiz var. Bu komanda böyük uğurlara imza ata bilər”. İdman.com.az saytının xəbərinə görə, bunu “Neftçi” klubunun yeni transferi Erik Fabian Ramos deyib. Paraqvay yığmasının futbolçusu “ağ-qaralar”a keçidi ilə bağlı fikirlərini açıqlayıb. O, klubun saytına bildirib ki, xəyalı Çempionlar Liqasınd oynamaq imiş:

“Paraqvay millisində də 15 nömrəli formanı geyirəm. Çox sevindim ki, "Neftçi"də bu nömrə boş idi. Əminəm ki, azarkeşlər 15 nömrəli paraqvaylını heç zaman unutmayacaq. Bizi qarşıda Çempionlar Liqasında çətin oyunlar gözləyir. Bu turnir mənim xəyalım olub. İndi isə Çempionlar Liqasında oynayacam. Bu şansı mənə "Neftçi" verdi. Əlimdən gələni edəcəyəm ki, komandamız Çempionlar Liqasında uğur əldə etsin”.

Xəbər 992 dəfə oxundu.