İtaliya yığmasının kapitanı milli karyerasını bitirməyə tələsmir
İtaliya yığmasının kapitanı Canluicci Buffon milli karyerasını bitirməyə tələsmir. İdman.com.az saytının məlumatına görə, “Yuventus”un 34 yaşlı qapıçısı yığmada çıxışını davam etdirəcəyini açıqlayıb. Buffon 2014-cü ildə keçiriləcək dünya çempionatına qədər millidə qalmaq fikrindədir: “Konfederasiyalar kubokunda görüşərik. Mən komandada qalıram və Braziliyadakı dünya çempionatına azarkeş kimi getmək istəmirəm”.

Xəbər 965 dəfə oxundu.