İtaliya yığmasının baş məşqçisi Çezare Prandelli gələcək taleyi ilə bağlı qərar verib
AVRO-2012-nin finalçısı olan İtaliya yığmasının baş məşqçisi Çezare Prandelli gələcək taleyi ilə bağlı qərar verib. İdman.com.az saytının məlumatına görə, təcrübəli italiyalı mütəxəssis İspaniya yığmasına darmadağın olduğu (0:4) final matçından sonra millidə işini davam etdirəcəyini açıqlayıb. O, son 2 ildə çalışdırdığı komandada işini uğurlu layihə sayaraq, bunun davam etdirəcəyini bildirib: “Məndə elə anlar olurdu ki, gələcək taleyimlə bağlı fikirlərə qərq olurdum. Ancaq onu deyə bilərəm ki, federasiya rəhbərliyi ilə heç vaxt problemim olmayıb. Mən belə məğlubiyyətdən sonra hər şeyi yarımçıq qoya bilmərəm. Bu, əyləncəli layihədir. Çətindir, ancaq maraqlıdır”.

Xəbər 990 dəfə oxundu.