Gürcüstanın "Zestafoni" klubu yoxlama görüşü keçirib
Çempionlar Liqasının II təsnifat mərhələsində "Neftçi"nin rəqibi olan Gürcüstanın "Zestafoni" klubu yoxlama görüşü keçirib. İdman.com.az saytının məlumatına görə, qonşu ölkə təmsilçisi Bolqarıstan "Lokomotiv"i ilə qarşılaşıb. Plovdiv təmsilçisi ilə görüşdə "Zestafoni" qalib gəlib – 3:2. Gürcüstan çempionunun qollarından ikisini Jaba Dvali, birini Şota Babunaşvili vurub.

Qeyd edək ki, "Neftçi" ilə "Zestafoni" arasındakı ilk oyun iyulun 17-də Bakıda keçiriləcək.

Xəbər 854 dəfə oxundu.