Milli komandamız məğlub oldu
Almaniyanın Duysburq şəhərində təşkil olunmuş DFB - Federasiyalar Kubokunda növbəti oyunlar keçirilib. İdman.com.az saytının məlumatına görə, 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması 2-ci matçına çıxıb. Baş məşqçi Nikolay adamın yetirmələri Berlin bölgəsinin komandası ilə qarşılaşıb. Yığmamız 0:3 hesabı ilə məğlub olub.

Qeyd edək ki, ilk matçda "Saarland" klubuyla görüşən millimiz 2:2 hesablı heç-heçə ilə kifayətlənmişdi.

Xəbər 926 dəfə oxundu.