Avropa Liqası 1 manata
Avropa Liqasının I təsnifat mərhələsinin "Bakı" - "Mura" qarşılaşmasının biletləri sabahdan etibarən satışa çıxarılır. İdman.com.az saytının məlumatına görə, Azərbaycan kubokunun sahibinin Sloveniya təmsilçisi ilə görüşünü izləmək istəyən azarkeşlər 1, 3 və ya 5 manat ödəməli olacaq. “Bakı”nın oyunu canlı izləmək arzusunda olan tərəfdarları biletləri klubun təlim-məşq bazasından və "Dalğa Arena" stadionunun köşklərindən əldə edə bilərlər. VİP tribunaya giriş 5, mərkəzi olan 5 və 6-cı sektorlara bilet 3, digər sektorlara isə 1 manatdır.
Apasport.az

Xəbər 868 dəfə oxundu.