Mübariz Mənsimov nəyə inanır?
"Xəzər Lənkəran"ın fəxri-prezidenti Mübariz Mənsimov bu gün komandanın baş məşqçisi Yunis Hüseynov və məşqçi korpusu ilə görüş keçirib. İdman.com.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Lənkəranda baş tutan görüşdə klubun prezidenti Mais Mənsimov və vitse-prezident Tuyqun Nadirov da iştirak ediblər.

Mənsimov komandanın qarşıdan gələn Avropa Liqası oyunlarına hazırlığı barədə maraqlanaraq, məsul görüşlər öncəsi oyunçuların fiziki və psixoloji durumu barədə baş məşqçinin hesabatını dinləyib.

Fəxri-prezident rəhbərliyin komandaya lazım olan bütün dəstəyi verməklə, komandadan layiqli və uğurlu nəticəni gözlədiyini və bu nəticənin qazanılacağına inamını bildirib.

"Xəzər Lənkəran"ın fəxri prezidentinə komandanın hazırlığı barədə ətraflı məlumat verən baş məşqçi Yunis Hüseynov da öz növbəsində uğurlu nəticənin qazanılması üçün komandanın özünün bütün gücünü maksimal şəkildə və faydalı məcrada istifadə edəcəyinə söz verib.

Baş məşqçi və onun köməkçiləri Mənsimova komandaya göstərdiyi bu diqqətə görə təşəkkürlərini bildirərək, bu görüşün komanda daxili əhval-ruhiyyəyə olduqca müsbət təsir edəcəyinə əminliklərini bildirdilər.

Xəbər 1070 dəfə oxundu.