“İtabayano” klubunun planları pozulub
Braziliya çempionatının D seriyasında çıxış edən “İtabayano” klubunun planları pozulub. İdman.com.az saytının məlumatına görə, heyətini gücləndirmək üçün dəvət olunan Kristian son anda fikrindən dönüb. Yarımmüdafiəçi klubun düşərgəsinə yollanmaq üçün hava limanına gedibmiş.
Hava limanında baş verənlər isə klubun direktoru Adaylton Souzanı da təəccübləndirib: “Birdən futbolçunun telefonuna zəng gəldi. Hiss etdim ki, onu Azərbaycan klubuna çağırırlar. Təxminən 20 dəqiqə söhbət etdilər. Ona 30 min dollar maaş və 2 illik müqavilə təklif edirdilər. Kristian belə təklif alan kimi dönüb getdi. Mən isə məyus halda qaldım”.

Xəbər 1029 dəfə oxundu.