"Keşlə" klubu üç yoxlama oyunu keçirəcək
Şamaxıda təlim-məşq toplanışında olan Bakının “Keşlə” futbol klubu planlarını açıqlayıb.

Paytaxt təmsilçisi iyulun 24-də hazırlığı ikitərəfli oyunla başa vuracaq. Bundan sonra Tərlan Əhmədovun komandası Bakıya qayıdacaq və baş məşqçi futbolçuları iyulun 27-dək istirahətə buraxacaq. Mövsümün bürünc mükafatçısı toplanışın ikinci hissəsində 3 yoxlama görüşü keçirmək niyyətindədir. Komanda avqustun 1-də Qəbələdə "Zirə" ilə qarşılaşacaq. Digər iki qarşılaşma avqustun 3-də və 5-də olacaq.

Xatırladaq ki, "Keşlə" ilk yoxlama matçını Qəbələdə "Qarabağ"la keçirərək 1:3 hesabı ilə uduzub.

Xəbər 481 dəfə oxundu.