Kasilyasın sevgilisi biabır olub
Mediada çalışan və ispan qapıçı İker Kasilyasın sevgilisi olan Sara Karbonero tam mənasıyla baltanı daşa vurdu. İdman.com.az saytının məlumatına görə, o bu dəfə Kasilyas ilə olan əlaqəsi və gözəlliyi ilə deyil, soruşduğu sualla gündəmə gəlib.

İspaniyanın Avro-2012 yarımfinalında penaltı zərbələrinin nəticəsində Portuqaliyanı keçərək rəqibini turnir xaricində qoyması ardından İnyesta ilə müsahibə götürmək istəyən gözəl jurnalist soruşduğu sualla twitter başda olmaq, gündəmi zəbt edib.

Dünya şöhrətli ulduza «Portuqaliyanı penaltılərlə yendiniz, bu oyunda penalti vurmaq istərdinizmi?» sualını yönəldən Karbonero, İnyestanın "mən onsuz da ikinci penaltını vurdum" cavabında böyük şok yaşayıb.
Yaşanan bu hadisə twitterdə həddən çox istifadəçinin gündəminə düşərkən mətbuat nümayəndələri «Karbonero Polşa və Ukraynanın növbəti qəhrəmanı olacaq» iddiasıyla həmkarlarını incə bir dillə tənqid ediblər.


Xəbər 2001 dəfə oxundu.