Avro-2012: Varşavada futbol dramı
Varşavanın «Sabat» teatrı Avro-2012-dən kənar qalmadı. Orada maraqlı «Avropa futbol şousu»nu səhnəyə çıxartdılar. Teatrın direktoru Malqorzata Potoska bu barədə deyib: «Hiss ediridm ki, Avro Polşa üçün o qədər vacibdi ki, aktyorlar onu reklam və bayram etməlidilər».

İdman.com.az saytının məlumatına görə, «Avropa futbol şousu» ilk dəfə səhnəyə apreldə çıxıb. Potoskanın sözlərinə görə onu bu işə ruhlandıran 70-ci illər Polşa yığmasının baş məşqçisi Kazimej Qurski və o dövrün futbolçuları olub.
Şouda 16 mahnı oxunur. Bunların hərəsi Avro-2012-nin bir iştirakçısına hər olunub.

«Məşqlər çox vaxt aldı. Axı bütün mahnılar orijinal dillərdə ifa olunur» - deyə Potoska izah edir – «Biz həm də hər ölkə üçün ənənəvi rəqsləri öyrəndik. Haradasa 5 ay hazırlaşmışıq – xoreoqrafiya ilə məşğul olmuşuq, kostyumlar tikmişik, ssenarilər yazmışıq. Şouda tez-tez paltar dəyişmək lazım gələndə, hadisələr sürətlə bir-birini əvəzləyəndə aktyorların üzərinə böyük yük düşür. Bunların hamısını bir yerdə sanki bir çarxdı. Ən çətini milli rəqsləri öyrənmək idi: irland rəqsini, kankanı, flomenkonu və Portuqaliya fadasını. Bunlar balet qruppu və solistlər üçün ən çəti nləri idi».


Xəbər 980 dəfə oxundu.