Aleksandar Şoliç qol arzusunda
"Böyük sevinc içindəyəm. Uzun zaman idi ki, oğlumun yolunu gözləyirdim. Nəhayət, bu gün o, dünyaya gəldi”. İdman.com.az saytının məlumatına görə, bu sözü “Bakı”nın futbolçusu Aleksandar Şoliç deyib. Yarımmüdafiəçi Avropa Liqasının I təsnifat mərhələsində Sloveniya “Mura”sı ilə Bakıdakı oyunda qol vurmaq niyyətindədir. Şoliç bu qolu yeni dünyaya gələn oğluna həsr etmək istəyir:

“Buna görə Allha və həyat yoldaşıma minnətdaram. Bu amil bundan sonrakı futbolçu karyeramda əsas stimul olacaq. Sabah Bakıya qayıdıram. Avroliqada "Mura"ya qol vurub, bu qolu oğluma həsr etmək istəyirəm".

Qeyd edək ki, “Bakı” – “Mura” oyunu iyulun 5-də “Dalğa Arena”da keçiriləcək.

Xəbər 1091 dəfə oxundu.