Borodyuk baş məmurun təyinatını gözləyir
Avropa çempionatında qrup mərhələsini aşa bilməyən Rusiya yığmasında Dik Advokaatın yerini yaxın vaxtlarda baş məşqçinin köməkçisi, eyni zamanda Moskva «Dinamo»sunun idman direktoru Aleksndr Borodyuk tuta bilər. Onun namizədliyi artıq razılaşdırıb və məsələnin həlli indi kimin Rusiya Futbol İttifaqının başına keçməsindən asılı olacaq.

İdman.com.az saytının məlumatına görə, bu qurum rəhbərliyinə də ən real namizəd kimi, Rusiya mətbuatı, hazırda həmin ölkənin Milli Olimpiya Komitəsinin icraçı direktoru vəzifəsində çalışan Nikolay Tolstıxı görür. Əvvəllər o, Peşəkar Futbol Liqasına rəhbərlik edirdi.

Xəbər 873 dəfə oxundu.