Qadın voleybol klublarımızın rəqibləri məlum olub
Qadın voleybolçular arasında Avropa Çempionlar Liqasının 2012/2013 mövsümünün püşkü atılıb. İdman.com.az saytının məlumatına görə, Avstriya paytaxtı Vyanada baş tutan mərasimdə Bakının “Rabitə”, “Lokomotiv” və “Azərreyl” klublarının rəqibləri müəyyənləşib.

Azərbaycan çempionu «B» qrupunda mübarizə aparacaq. Burada rəqiblər təmsilçimiz üçün yaxşı tanışdır. Onlardan biri ötən mövsüm analoji yarışın 1/8 finalında qalib gəldikləri “Atom”, digəri “Rabitə”nin italiyalı yeni baş məşqçisi Marçello Abbondanzanın sabiq komandası, “dördlər finalı”nda paytaxtımıza gələn “Villa Kortese”dir. 3-cü komanda “Agel” isə analoji turnirin 2010/2011 mövsümünün I pley-off mərhələsində təmsilçimizə rəqib olub (həmin vaxt bu klub “Modranska” adlanırdı). “Rabitə” çexlərə səfərdə 2:3 hesabı ilə uduzsa da, evdə 3:0, ardınca “qızıl set”də 15:11 hesabı ilə qalib gələrək, II pley-off mərhələsinə vəsiqə qazanıb.

Yarışa “wild card”la qatılan “Azərreyl” də tanış komandalarla oynayacaq. 2011/2012 mövsümündə “Rabitə”nın evdə və səfərdə məğlub etdiyi ““Dresdner” bu dəfə “dəmiryolçular”a rəqib olub. Alessandro Çiappinin rəhbərlik etdiyi kollektivin yer aldığı qrupda dəfələrlə Azərbaycana klubları ilə oynayan “Əczaçıbaşı” da yer alıb. Bu klublarla yanaşı, “Tauron” da Bakı təmsilçisinə rəqib olub.

Çempionlar Liqasında debüt edəcək “Lokomotiv” isə Rusiya, Serbiya və Polşa komandaları ilə qüvvəsini sınayacaq.

«A» qrupu
“Vəqfbank” (Türkiyə)
“Kann” (Fransa)
“Volero” (İsveçrə)
“Uraloçka” (Rusiya)

«B» qrupu
“Villa Kortese” (İtaliya)
“Atom” (Polşa)
“RABİTƏ” (AZƏRBAYCAN)
“Agel” (Çex Resp.)

«C» qrupu
“Yamamay” (İtaliya)
“Myulhaus” (Fransa)
“Dinamo-Romprest” (Rumıniya)
“Qalatasaray”(Türkiyə)

«D» qrupu
“Əczaçıbaşı” (Türkiyə)
“Tauron” (Polşa)
“Dresdner” (Almaniya)
“AZƏRREYL” (AZƏRBAYCAN)

E qrupu
“Dinamo”K (Rusiya)
“Tomis” (Rumıniya)
“Şveriner” (Almaniya)
“Urbino” (İtaliya)

«F» qrupu
“Dinamo”M (Rusiya)
“Srvena Zvezda” (Serbiya)
“LOKOMOTİV” (AZƏRBAYCAN)
“Bank Fakro” (Polşa)


Xəbər 1268 dəfə oxundu.