Ümid Bulud rəsmən «Qalatasaray»da
«Qalatasaray», Fransa «Tuluza»sının oyunçusu Ümid Buludu yeni mövsüm üçün transferini rəsmən razılaşdırıb. İdman.com.az saytının məlumatına görə, Türkiyə millisinin üzvü 1 illik icarə müqaviləsinin altından imzasını atıb. Anlaşmaya əsasən, yeni futbolçuya bir mövsümə 1250000 avro və bundan əlavə hər oyuna 10000 avro ödəniləcək.

Bununla da, yarımmüdafiəçi Fateh Terimin «Qalatasaray»da 3-cü dönəmində komandaya qatdığı «Trabzonspor»a bağlı 4-cü futbolçu olub. Ümid Bulud daha öncə «Trabzonspor»un formasını geyinmişdi. «Qalatasaray»ın son çempionluğuna «bordo-mavililər»dən heyətinə qatdığı Səlcuk İnan, Əngin Baytar və Ceyhun Gülsalam da əl qoyublar.

Xəbər 1443 dəfə oxundu.