Azərbaycan şahmatçısı Qran-Pri turnirinin üçüncü mərhələsində iştirak edəcək | |
İyulun 8-də Beynəlxalq Şahmat Federasiyasının (FIDE) təşkilatçılığı ilə sürətli şahmat üzrə onlayn formatda “Womens Speed Chess Championship” yarışı çərçivəsində Qran-Pri turnirinin üçüncü mərhələsi start götürəcək. Yarışda Azərbaycan şahmatçısı Günay Məmmədzadə də iştirak edəcək. Turnirdə ümumilikdə, 16 şahmatçı mübarizə aparacaq. G.Məmmədzadə bundan əvvəl Qran-Prinin birinci və ikinci mərhələlərində mübarizə aparsa da, çıxışı uğurlu alınmayıb. Qran-Pri 4 mərhələ üzrə keçiriləcək. Mərhələ yarışlarında ən çox xal toplayan şahmatçılar superfinala vəsiqə qazanacaqlar. Superfinal iyulun 20-də - Ümumdünya Şahmat Günündə baş tutacaq. |
|
Xəbər 585 dəfə oxundu. |
|
|