"Samsunspor" turnirin sonuncusu oldu.
Azərbaycan Beynəlxalq Bankının 20 illiyinə həsr olunan beynəlxalq turnirin "pley-off" görüşləri start götürüb.İdman.com.az saytının məlumatına görə, Bakıda keçirilən yarışda 7-8-ci yerlər uğrunda oyun keçirilib.

Bu görüşdə Estoniyanın "Kotkas" və Türkiyənin "Samsunspor" klubları qarşılaşıblar. Matç 1:1 hesabıyla başa çatıb. Qalibin adını oyunsonrası penalti seriyası müəyyən etməli olub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən "Kotkas" futbolçuları sonda qələbə qazanıblar - 4:3. Beləliklə, estoniyalılar yarışı 7-ci yerdə başa vurdu, "Samsunspor" isə turnirin sonuncusu oldu.



Xəbər 964 dəfə oxundu.